Bazar, 05 May

"Araik Arutunyan Bakı ilə danışıqlar aparmaq üçün dəridən-qabıqdan çıxır"

image

Bir gün əvvəl Qarabağ ermənilərini həbs edən rəsmi Bakı Ağdam yolu ilə humanitar yük göndərdi: bununla da, nəhayət, pazl tamamlandı.

Xəbər verilir ki, bu cümləni yerli politoloq Beniamin Matevosyan öz telegram kanalında yazıb.

Matevosyan prosesin bu mərhələyə gəlməsində və ermənilər üçün acınacaqlı vəziyyətin yaranmasında Araik Aurtunyanı suçlayıb

“Araik Arutyunyan bir sıra diqqətəlayiq/təhlükəli tezislər səsləndirdi:

1. O, (Arutunyan-red.) “insanların Qarabağı tərk edə bilməsi üçün yolun açılmasından” (söhbət Laçın dəhlizindən gedir) danışdı - başqa sözlə, Qarabağ ermənilərinin təxliyəsi ilə bağlı danışıqlara hazır olduğunu bildirdi;

2. O, “Qarabağ erməniləri BMT-dən tutmuş, V.Putin, C.Bayden, E.Makron və Paşinyana kimi hamıya inanırdı, amma əslində "bizi yalnız qoydular” cümləsini səsləndirdi. Yəni Arutunyana görə, “tərk edilmiş “Artsax” Bakı ilə danışıqlar aparmalıdır.

Araik Arutyunyanın bu tezislərlə və “hamı Qarabağ ermənilərini aldatdı” sözləri ilə Bakı ilə “inteqrasiya” (əslində, filtrasiya və evakuasiyanın başlanması) üzrə danışıqlara başlamağın zəruriliyini əsaslandırır”, - deyə, Matevosyan qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15